
Həyat fanidir insanlar kimi
Ömür,gün keçir karvanlar kimi
Həyatda dost da,qardaş da fani
Hətta bala da,yoldaş da fani.
Fani olmayan xatirələrdir
O heç bir zaman silinməyəndir
Əbədi həkk olur qəlbimizə
Bizimlə bir gedir qəbrimizə.
Onunçün,dostlar,mehriban olaq
İncikliyi aramıza salmayaq
Xoş xatirə qalsın qəlbimizdə
Bizə həmdəm olsun son mənzilimizdə.
|
امتیاز مطلب : 0
|
تعداد امتیازدهندگان : 0
|
مجموع امتیاز : 0