
Saçlarına dən salarlar
Gizlət gülüm, gizlət gülüm
Səni məndən gen salarlar
Az gəl gülüm, az get gülüm
Ürəyimdə eşqin dağı
İtirmişəm solu, sağı
Sən üstəlik qınamağı
Tərgit gülüm, tərgit gülüm
Arzularım dəsə-dəstə
Tənha qalan ürək səsdə
Bir sığnaq ver sinən üstə
Gözlərində gizlət, gülüm
Sənsən mənə məndən əziz
Qəlbim təmiz, eşqim təmiz
İnciməsin qoy bəxtimiz
Azca məni gözlət, gülüm

|
امتیاز مطلب : 0
|
تعداد امتیازدهندگان : 0
|
مجموع امتیاز : 0